Bakıda mədəni irsin qorunması ilə bağlı ilk seminar

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Bakıda mədəni irsin qorunması məsələlərinə həsr olunmuş ilk regional seminar təşkil edib.

Daha.az xəbər verir ki, seminarın əsas məqsədi təşkilata üzv ölkələrin regionun zəngin mədəni irsinin qorunması və təbliği istiqamətində səylərini dəstəkləməkdir.

Seminar zamanı xüsusi diqqət iştirakçıların obyektlərin sənədləşdirilməsi və qorunması, milli inventarların hazırlanması və xüsusilə İslam dünyası irsi Siyahısına daxil edilmək üçün nominasiya fayllarının hazırlanması və təqdim edilməsi kimi sahələrdə bilik və praktiki bacarıqlarının dərinləşdirilməsinə yönəldilib.

Qeyd edək ki, seminarda Azərbaycan, Özbəkistan, Tacikistan və Qazaxıstandan olan nümayəndələr və mütəxəssislər iştirak ediblər.

OXŞAR XƏBƏRLƏR