Ölkəmizdə “Vyetnam günləri” keçirilir.
Bu münasibətlə İçərişəhərin simvolu olan Qız qalası meydanında xüsusi mədəni-əyləncəli proqram təşkil olunub.
Daha.az xəbər verir ki, Azərbaycanın Vyetnamdakı səfirliyinin təşəbbüsü və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə reallaşan həmin tədbir iki qədim Şərq mədəniyyətini bir araya gətirib.
Çıxış edənlər yaxın zamanlarda Vyetnamda “Azərbaycan günləri”nin keçiriləcəyinə ümidvar oduğunu bildirib.
Qeyd edək ki, tədbir çərçivəsində, meydanda Vyetnam musiqisinin müşayiəti ilə rəssamlıq əsərləri sərgilənib, zəriflik və ənənənin təcəssümü sayılan milli qadın geyimi Ao zai nümayiş olunub. Eyni zamanda, qonaqlar üçün əl işlərinin satış-sərgisi də təşkil edilib.




