“Sarayevonun ürəyi”ni kim qazanacaq?

31-ci Sarayevo Film Festivalı başlayır.

Daha.az xəbər verir ki, bu il 15–22 avqust tarixlərində baş tutacaq festivalda müxtəlif kateqoriyalar üzrə 50 film “Sarayevonun ürəyi” mükafatı uğrunda mübarizə aparacaq.

“Ən Yaxşı Film”, “Ən Yaxşı Sənədli Film”, “Ən Yaxşı Qısametrajlı Film” və “Ən Yaxşı Tələbə Filmi” kateqoriyalarında 50 film yer alacaq. Onlardan 15-i dünya premyerası, 6-sı beynəlxalq, 28-i regional, 2-si isə Bosniya və Herseqovina nümayişi olacaq.

Festival çərçivəsində ən nüfuzlu mükafat “Sarayevonun ürəyi” Fəxri Mükafatı bu il tanınmış italyan rejissor Paolo Sorrentinoya veriləcək.

Qeyd edək ki, festival Bosniya müharibəsini anmaq, bölgədə mədəniyyət və incəsənət mühitini canlandırmaq məqsədilə təşkil olunur. Artıq uzun müddətdir təşkil olunan festival hər il dünyanın bir çox məşhur sənət adamlarını bir araya gətirir.

OXŞAR XƏBƏRLƏR