Cakarta Beynəlxalq Film Festivalı filmlərin qəbulunu elan edir

2025-ci il 20-21 sentyabr tarixlərində Cakarta şəhərində “İndoneziya və Müsəlman dünyası Film Festivalı 2025” keçiriləcək. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzv ölkələri, o cümlədən Azərbaycan Respublikası festivalda nümayiş olunacaq filmlərini təqdim etməklə, iştiraka dəvət edilir.

Daha.az xəbər verir ki, festivala 2022-2025- ci illərdə istehsal olunmuş tammetrajlı və qısametrajlı bədii, sənədli, animasiya filmləri qəbul olunur. Filmlərin metrajları 10-30  (qısametrajlı) və 70-120 (tammetrajlı) dəqiqə aralığında olmalıdır.

“Bəşəriyyət və həmrəylik”, “Müsəlmanların gündəlik həyatı”, “Müsəlman qadınlar və gənclik”, “yerli ənənələr və müsəlmanların mədəniyyəti”, “Mənəviyyat,  əxlaq və həyat səyahəti”, “Tolerantlıq və birgəyaşayış” mövzularında olan filmlərə üstünlük verilir.

Zorakılıq, pornoqrafiya, nifrət və kafirlik aşılayan filmlərin festivalda iştirakına icazə verilmir.

Filmlərin festivala qəbulu 2 avqust 2025-ci il tarixinə qədərdir. Müraciət və daha ətraflı məlumat əldə etmək üçün dit.diplik.@kemlu.go.id  (Əhməd Fədli Rasiyd – məsul şəxs) elektron poçt ünvanına müraciət edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR