Məşhur aktyor Halk Hoqan vəfat edib

Amerikalı aktyor və restler Halk Hoqan 71 yaşında vəfat edib.

Daha.az xəbər verir ki, onun ölüm səbəbi infarktdır.

Bu barədə aktyorun dostları məlumat verib.

“Hoqan Florida ştatının Kliruoter şəhərindəki evində infarkt keçirərək 71 yaşında vəfat edib”, – məlumatda deyilir.

Qeyd olunur ki, çağırış əsasında polis və tibb işçiləri onun evinə gəlsə də, aktyor artıq keçinmişdi.

OXŞAR XƏBƏRLƏR