Dara antik şəhərində aparılan qazıntı işləri zamanı Şərqi Roma dövrünə aid, təqribən, 1500 illik mozaika tapılıb.
Daha.az xəbər verir ki, mozaika arxeologiya dünyasında böyük səs-küyə səbəb olub.
İndiyədək aparılan qazıntı işlərində nekropol (kütləvi məzarların yerləşdiyi yer), kilsə, saray, aqora (bazar), zindan, topxana və su bəndi qalıqları aşkar edilib, bölgədə 10 mindən çox ox ucu, çıraq, şüşə, keramika əsərləri və zinət əşyaları tapılıb.
Qazıntılarda 20-yə yaxın dükan və emalatxana ilə yanaşı, Roma dövrünə aid 1500 illik içməli su sistemi də aşkarlanıb.