“MətbuArt” beynəlxalq incəsənət simpoziumu davam edir

Milli mətbuatın 150 illiyinə həsr olunmuş “MətbuArt” beynəlxalq incəsənət simpoziumu davam edir. Simpoziumda Azərbaycan və dünyanın 15 ölkəsindən rəssamlar iştirak edir.

Daha.az xəbər verir ki, simpoziumun əsas məqsədi Azərbaycan mətbuatının və  “Azərbaycan” nəşriyyatının bir əsrdən artıq tarixini incəsənət dili ilə əks etdirməkdir.

“Söz. Çap. Forma – birləşən dünyalar” şüarı altında keçirilən tədbir çərçivəsində rəssamlar köhnə çap avadanlıqlarını instalyasiya, rəngkarlıq, qrafika, fotoqrafiya, videoart və heykəltəraşlıq vasitəsilə yeni bədii dildə canlandırır.

Qeyd edək ki, simpozium 22 iyuladək davam edəcək.

OXŞAR XƏBƏRLƏR