“Caspian Corporealities” – 2025

İyulun 15-də “YARAT” Müasir İncəsənət Məkanında “Caspian Corporealities” adlı performans həftəsi-2025-in açılışı olub.

Daha.az xəbər verir ki, layihə Xəzər dənizinin sürətlə azalan su səviyyəsi və bədənin həmin ərazilərlə fiziki-simvolik əlaqəsini araşdırır.

Performans həftəsinin ilk günü Mənsurə Məmmədəliyevanın kuratorluğu ilə Ramil Əliyevin “Suya sudan deyilənlər” adlı canlı performansı, Dərya Səfərovanın “Duzlu su” adlı performansı – videosənədləşmə, Lena Pozdnyakova və Eldar Tağıyevin “Geri çəkilən dalğanın daşıdığı”, Qaini Saqidullayeva-Abayın “Buzsuz üfüqlər, Ceyran Musayevanın “Xəzərin hissləri” adlı interaktiv instalyasiyaları, Səid Rzayev ilə “Sözlərlə rəsm” adlı ustad dərsi keçirilib.

Qeyd edək ki, proqramda müasir texnologiyalara həsr olunmuş performanslar da yer alıb.

 

OXŞAR XƏBƏRLƏR