Kukla Teatrı mövsümü yekunlaşdırdı

Azərbaycan Dövlət Kukla Teatrında sənət ocağının 93-cü mövsümünün bağlanış və Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə media nümayəndələri üçün təsis olunan ənənəvi “Teatrın dostu” mükafatının təqdimat mərasimi keçirilib.

Daha.az xəbər verir ki, mərasimdə Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini, millət vəkili Günay Əfəndiyeva, millət vəkilləri Jalə Əliyeva, Elnarə Akimova, eləcə də Mədəniyyət Nazirliyi təmsilçiləri, Meksikanın ölkəmizdəki səfiri xanım Viktoriya Romero, Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti İlham Namiq Kamal, aparıcı kütləvi informasiya vasitələrinin təmsilçiləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Taeatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadənin sözlərinə görə, plan və plandankənar olmaqla 7 yeni səhnə əsəri – “Nənəmin aş qazanı”, “Şaxta baba haradadır?”, “Yalquzaq”, “Bir dəfə Şamaxı xanlığında”, “Leylək və Müqəvva”, “Sirli dolça” və “İnnab ağacı” tamaşaları balaca teatrsevərlərin ixtiyarına verilib.

Bağlanış mərasimində teatrın dörd əməkdaşına – Əməkdar artist Rəhman Rəhmanov və Əməkdar mədəniyyət işçisi Aslan Fətullayeva Teatr Xadimləri İttifaqının təsis etdiyi “Teatr fədaisi” medalları, sənət ocağının dram artistləri Lina Məmmədova və Afət Zülfüqarovaya ittifaqın Fəxri fərmanları təqdim olunub.

OXŞAR XƏBƏRLƏR