XIX əsrin ən güclü qadın yazıçılarından biri, modernizm ədəbi cərəyanını ədəbiyyata qazandıran Virciniya Vulf haqqında bunları bilirsiniz?
- Bacısı Vanessa Bellin rəssam olmağı Vulfun əsər yazma stilinə böyük təsir göstərmişdir. Özünü bacısına bənzədərək əsərlərini molbertdə yazıb, düzəlişləri də ayaq üstə bərkdən oxuyaraq etmişdir.
- İsti bir yay günü quşların yunan dilində nəğmə oxuduğuna və Kral VII Edvardın yaxınlıqdakı kolların arxasında söyüş söydüyünə inanması ağlını itirməsinə səbəb olmuşdur.
- 13 yaşında anası əbədiyyətə qovuşan zaman uşaq ağlı ilə bunun baş verə biləcək ən böyük fəlakət olduğunu dilə gətirmişdir.
- Evdar qadın olmaq üçün bacarıqlarını inkişaf etdirmək məqsədilə bir aşpazlıq kursuna yazılmış ancaq sonda, üzüyünü pudinqin içində bişirmişdir.
- Uşaq ikən ögey qardaşının cinsi istismarına məruz qalan Vulf 27 yaşında seksdən qorxduğunu etiraf etmişdir.
- Onun kimi modernizm ədəbi cərəyanının əsas xüsusiyyətlərindən biri olan “şüur axını”ndan əsərlərində istifadə edən Ceyms Coys onun “qara siyahı”sında idi. Məşhur yazıçını ədəbi istedaddan daha çox şöhrətə önəm verən insanlardan hesab edirdi.
- Bir dəfə Ziqmund Freyd ilə görüşmüş, Freyd ona nərgiz gülü hədiyyə etmişdir.
- Balaca olarkən dırnaqlarını divara sürtərək bacısı Vanesseya işgəncə edərdi.
- Şəkil çəkdirməkdən, üzərində olan diqqətli baxışlardan xoşu gəlmirdi.
- Həmin dövrdə qızlar məktəbə getmədiyi üçün tarixi, latın və fransız dillərini ona anası öyrətmişdir.
- Dövrün dəbdə olan Singer markalı avtomobilinin sükanı arxasında olarkən çəpərə çırpılmış, bundan sonra maşın sürməkdən imtina etmişdir.
- Əsərlərini bənövşəyi rəngli mürəkkəblə yazmışdır.
- Danışmağa, düzgün cümlələr qurmağa gec başlamışdır.
- İlk dəfə intihara 22 yaşında pəncərədən tullanaraq cəhd etmiş, məsafə az olduğuna görə ilk cəhdi uğursuz nəticələnmişdir.
- Danışmağı o qədər xoşlayırdı ki, bir dəfə 48 saat fasiləsiz danışmışdır.
- Uzun illər anoreksiya ilə mübarizə aparmışdır. Kitabını yazıb bitirən kimi sanki boşluğa düşür, çox vaxt kədərli olurdu.
- Vulfun ilk məqalələri “The Guardian” qəzetində nəşr olunmuşdur.
- Rəssam Edvard Börn-Consa bəzi rəsm əsərlərini yaratmaqda Vulf və ailə üzvləri model kimi dəstək olmuşdur.
- “Dalğalar” kitabını yazarkən Bethovenin son əsərlərini dinləmişdir.
- Kitablarının üz qabığını bacısı Vanessa Bell dizayn edirdi.
- “Mrs Dalloway” kitabını əvvəlcə “The Hours” adı ilə nəşr etdirmək istəmişdir.