Lorkanın kitabı ilk dəfə Azərbaycan dilində

MİMTA Yayımlarında Mahir N. Qarayevin tərcüməsi və Ramiz Rövşənin redaktorluğu ilə görkəmli ispan şairi Federiko Qarsia Lorka yaradıcılığının mükəmməl cildi çapdan çıxıb.

Daha.az xəbər verir ki, “Ən kədərli sevinc” adlanan kitaba nasistlərin 38 yaşında qətlə yetirdiyi əndəlüslü şairin məşhur “Kante xondo” və “İqnasio Sançes Mexiasa ağı” poemaları, “Şair Nyu-Yorkda”, “Tamarit Divanı”, “Sirli sevgi sonetləri” topluları, həmçinin müxtəlif illərdə yazdığı, İspaniyada dillər əzbəri olan lirik şeirləri, nəğmələri, romansları, sonetləri, balladaları daxil edilib.

Kitaba eyni zamanda böyük şairin müxtəlif illərdə qələmə aldığı seçmə şeirlər, nəğmə və romanslar, ballada və sonetlər daxil edilib.

Ramiz Röşvşənin redaktor olduğu Kitabı ispan dilindən sətri tərcümə əsasında Mahir N. Qarayev tərcümə edib.

OXŞAR XƏBƏRLƏR