Bu gün XX əsrin ən məşhur hərbi fotomüxbirlərdən biri olan Robert Kapanın doğum günüdür.
Daha.az bu münasibətlə müəllifin həyat və yaradıcılığı haqqında maraqlı məlumatları təqdim edir.
Robert Kapa (əsl adı Andre Erno Fridman) 1913-cü il oktyabrın 22-də Budapeştdə anadan olmuşdur. 1932-ci ildə o, öz doğma şəhərini tərk etməli və Berlinə köçməli olur. Fotoqrafiya ilə məşğul olan Fridman bir il sonra nasizm rejimindən yaxa qurtararaq Parisə köçür və burada Anri Kartye-Bressonla tanış olur. Həmin il işlərinin yaxşı satılması üçün rəfiqəsi Qerda Taro uğurlu, yaddaqalan ləqəb tapır: Robert Kapa.
İspaniyada vətəndaş müharibəsinin başlanması (1936-cı il) Robert Kapanın hərbi fotomüxbir kimi təşəkkül tapmasında başlanğıc nöqtə olur. Həyatı boyu fotoqraf dünyanın ən qaynar nöqtələrində olub və beş müharibədə gördüklərini lentə köçürüb: İspaniyada vətəndaş müharibəsi, Çin-Yapon müharibəsi, İkinci dünya müharibəsi, 1948-ci illin ərəb-israil mühraribəsi, həmçinin 25 may 1954-cü ildə piyda əleyhinə mina partlamasından vəfat etdiyi Hind-Çin müharibəsi.
Qeyd edək ki, Robert Kapa fotoqraf-müxbirlərin ilk agentliyi olan “Magnum Photos”-un (1947) həmtəsisçilərindən biridir.

Bu fotoqrafiya döyüş meydanında, 5 sentyabr 1936-cı ildə, İspaniyadakı vətəndaş müharibəsi zamanı çəkilmişdir və Robert Kapanın ən məşhur fotosu olmuşdur. Həmin gün fotoqraf bütün günü səngərdə oturmuş və növbəti hücum başlayarkən kor-koranə bu şəkli çəkmişdir.
Fotoqrafa “Desantın Normandiyada düşürülməsi ” seriyasından olan şəkillər də məşhurluq gətirir. 1944-cü ildə o, ”D Günü”nü (“D-Day”) – Normandiyada Omaha Biçdə ittifaq desantının düşürülməsini işıqlandırmış yeganə jurnalist olur. Çəkilmiş fotoplyonkaları Kapa “LIFE”-ın London redaksiyasına göndərir. Burada işçi səhv buraxır və yüzdən çox kadr əvəzinə cəmi səkkizi salamat qalır. Bu sənədli şəkillər – “D Günü”nün yeganə fotoşahidləridirlər və dünyanın bütün nəhəng nəşriyyatlarında dərc olunublar.







Hər şeydən əvvəl, hərbi fotomüxbir kimi məşhur olan Robert Kapa həmçinin, maraqla öz dostlarının da – Ernest Heminquey, Pablo Pikasso, Anri Matissa, İnqrid Berqman və digərlərinin gündəlik dinc həyatını çəkirdi.


Danimarka, Kopenhagen, 1937-ci il. Lev Trotskiy danimarkalı tələbələrə mühazirə deyir. Robert Capa © International Center of Photography

İngiltərə, London, 1944-cü il. Ernest Heminquey avtomobil qəzasından sonra sağalır. Robert Capa © International Center of Photography

ABŞ, Hollovid, 1946-cı il. İnqrid Berqman və Alfred Hiçkok. Robert Capa © International Center of Photography

Fransa, Nissa, 1949-cu il. Anri Matiss. Robert Capa © International Center of Photography

Fransa, Côte d’Azu, 1951-ci il. Pablo Pikasso və oğlu Klod. Robert Capa © International Center of Photography




