“Jolly Joker” məkanında “ХХ Baku Jazz Festival” çərçivəsində süni intellekt (AI) və caza həsr olunmuş müzakirə paneli keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Jazz on the Dnipro” festivalının bədii rəhbəri Anna Ruskeviç, “All About Jazz” jurnalının baş redaktoru İen Patterson, Azərbaycan mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov və caz musiqiçisi, rəqəmsal məzmun və AI üzrə ekspert Hikmət Babazadə iştirak ediblər.
Müzakirə zamanı süni intellektin və müasir texnologiyaların cazın gələcəyinə təsiri müzakirə olunub.
Qeyd edək ki, oktyabrın 24-dən başlayan “Baku Jazz Festival-2025” oktyabrın 31-dək davam edəcək.




