Yeni bir araşdırmaya görə, Ayın səthindəki 6500 kraterdə platin, paladium və rodium kimi nadir metalların əlamətləri aşkar edilib.
Daha.az xəbər verir ki, bu metallar sənaye və tibb sahəsində böyük əhəmiyyətə malikdir. Araşdırma həmçinin 3400-ə yaxın kraterdə hidratlı minerallar şəklində suyun ola biləcəyini göstərir. Bu, gələcəkdə Ayda qurulacaq insanlı bazalar üçün vacib resurs hesab olunur.
Alimlər asteroidlərdə də metal ehtiyatları olduğunu qəbul edir, ancaq onlara çatmağın və tədqiqat aparmağın daha çətin və baha başa gəldiyini vurğulayırlar. Ay isə Yerə yaxınddır və səthindəki kraterlər texniki baxımdan daha əlçatandır.
Qeyd edək ki, araşdırmanın nəticələri “Planetary and Space Science” jurnalında dərc olunub.




