3 min illik qızıl bilərzik “yoxa çıxdı”

Misirin paytaxtı Qahirədəki Muzeydən qədim dövrə aid qızıl bilərzik oğurlanıb, satıldıqdan sonra isə əridilib.

Daha.az xəbər verir ki, muzeyin restavrasiya emalatxanasındakı dəmir seyfdə saxlanılan antik Misirin üçüncü ara dövrünə (e.ə. 1075–652) aid qızıl bilərzik oğurlanıb.

Aparılan araşdırmalar nəticəsində oğurluğun muzeyin texniki işçilərindən biri tərəfindən edildiyi məlum olub. O, bilərziyi Qahirədəki bir gümüş taciri vasitəsilə satıb. Daha sonra bilərzik bir neçə dəfə əl dəyişdirib və sonda qızıl emalatxanasında digər zinət əşyaları ilə birlikdə əridilərək yeni məhsula çevrilib.

Qeyd edək ki, beynəlxalq mediada 3 min illik bu bilərziyin ölçülməz tarixi dəyərə malik olduğu vurğulanır.

OXŞAR XƏBƏRLƏR