GPT-3 texnologiyası ilə çalışan ChatGPT ilə aparılan 100 sözlük bir yazışma, təxminən, 500 millilitr su “içir”. Bu hesaba həm informasiya mərkəzlərinin soyudulmasında, həm də elektrik enerjisi istehsalında istifadə olunan su miqdarı aiddir.
Daha.az xəbər verir ki, informasiya mərkəzlərində cihazların soyudulması üçün buxarlanma əsaslı soyuducu sistemlərdən istifadə olunur. Bu metod isə çoxlu miqdarda su istehlak edir. Alternativ soyutma üsulları mövcud olsa da, maddi və texniki çətinliklər onların geniş istifadəsini məhdudlaşdırır.
OpenAI-nin məlumatına görə, onların sistemlərinə gündə 2,5 milyard sorğu göndərilir. Bu, təxminən, GPT-5 üçün gündə 97,5 milyon litr, GPT-4o üçün gündə 8,8 milyon litr, Google Gemini üçün isə 650 min litr su sərfiyyatına bərabərdir. Müqayisə üçün qeyd edək ki, təkcə ABŞ-də bağ sahələrinin suvarılması gündə 34 milyard litr su istifadə olunur.