Hamiləlik robotu yaradılır

Çinin Quançjou şəhərində fəaliyyət göstərən “Kaiwa Technology” insanabənzər hamiləlik robotu üzərində işləyir.

Daha.az xəbər verir ki, şirkətin inkişaf etdirdiyi texnologiya sayəsində robotun qarın boşluğuna yerləşdirilən süni uşaqlıq vasitəsilə dölü hamiləlik dövrü boyunca daşımaq və doğuma qədər inkişaf etdirmək mümkün olacaq.

Bu, təkcə inkubator deyil, həm də döllənmədən doğuma qədər – bütün hamiləlik prosesini təqlid edə bilən tam ölçülü insanabənzər sistemdir.

Texnologiya artıq laboratoriya şəraitində sınaqdan çıxıb və indi bu sistemin insan-robot qarşılıqlı əlaqəsini təmin edə biləcək formada hazırlanması planlaşdırılır.

Qeyd edək ki, daha əvvəl 2017-ci ildə ABŞ-ın Filadelfiya Uşaq Xəstəxanasında tədqiqatçılar 23-cü həftədə doğulmuş quzunu dörd həftə ərzində “biotorba” adlandırılan süni amnion mühitində uğurla böyütmüşdülər. Lakin bu sistem yalnız natamam hamiləlikləri dəstəkləyə bilirdi. Yeni layihə isə döllənmədən doğuma qədər tam prosesi əhatə edəcək – bu da həm elmi, həm etik, həm də hüquqi baxımdan böyük suallar yaradır. Bir tərəfdən bu texnologiya sonsuzluq problemi yaşayanlar üçün ümidverici bir addım kimi dəyərləndirilir, digər tərəfdən isə etik risklər və müdaxilə səviyyəsi narahatlıq doğurur.

Şirkətin məlumatına görə, robotun 2026-cı ildə təqdim olunması planlaşdırılır və satış qiymətinin 100 min yuanın (təxminən 560 min manat) altında olacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR