Beynəlxalq Musiqi Festivalı başlayır

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”nın dəstəyi ilə XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır.

Daha.az xəbər verir ki, Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində festival iyulun 24-də başlayacaq.

İyulun 29-dək Qəbələ müxtəlif ölkələrdən gələn tanınmış ifaçıların, gənc istedadların, musiqi kollektivlərinin bir araya toplandığı musiqi səhnəsinə çevriləcək.

Qeyd edək ki, festival günlərindəki konsert proqramlarına giriş sərbəstdir.

OXŞAR XƏBƏRLƏR