Zülfü Livaneli ədəbiyyat festivalının fəxri qonağı kimi

Türkiyənin tanınmış yazıçısı, müğənnisi, rejissoru və insan haqları müdafiəçisi Zülfü Livaneli Danimarkada keçirilən nüfuzlu Louisiana Ədəbiyyat Festivalının qonağı olub. O, Park səhnəsində çıxış edərək yaradıcılığı və musiqisi barədə danışıb.

Daha.az xəbər verir ki, tədbirdə türk orkestri Livanelinin məşhur əsərlərindən ibarət konsert proqramı təqdim edib.

Xatırladaq ki, 1970-ci illərdəki hərbi diktatura dövründə bir neçə dəfə həbs olunan Livaneli daha sonra beş il İsveçdə sürgündə yaşayıb və bu dövrdə məşhur əsərlərini bəstələməyə başlayıb. Onun çoxsaylı dillərə tərcümə olunmuş romanları da siyasi və milli mövzulara, travmalara toxunur.

Tədbirin sonunda festival təşkilatçıları sənətçini təqdim etməkdən qürur duyduqlarını bildiriblər.

 

OXŞAR XƏBƏRLƏR