ABŞ-ın “Plus One»” jurnalı maraqlı bir elmi araşdırma dərc edib. Belə ki, aparılan tədqiqatlar nəticəsində yaddaş problemləri ilə mübarizə aparanlar üçün maraqlı və sadə bir həll yolu tapılıb. Son elmi tədqiqatlara görə, cəmi 1,5 dəqiqə boyunca yumruğunuzu sıxmaq həm öyrənmə prosesini sürətləndirir, həm də məlumatların beyində daha uzun müddət saxlanılmasına kömək edir.
Daha.az xəbər verir ki, neyrobioloqların fikrincə, yumruq sıxmaq hərəkəti beynin yaddaşla əlaqəli bölgələrini aktivləşdirir. Sağ əlin sıxılması sol beyin yarımkürəsini, sol əlin sıxılması isə sağ yarımkürəni stimullaşdırır. Bu ikiqat təsir həm öyrənməni, həm də yadda qalan bilgilərin xatırlanmasını asanlaşdırır.
Mütəxəssislər bildirirlər ki, bu metod yalnız yaddaşa deyil, eyni zamanda emosional vəziyyətə də müsbət təsir göstərir. Belə ki, sağ əlin sıxılması pozitiv emosiyaların artmasına, sol əlin sıxılması isə neqativ duyğuların azalmasına kömək edir.
Yeni məlumat öyrənərkən sağ yumruğunuzu 1,5 dəqiqə sıxın. Əvvəl öyrəndiyiniz, lakin xatırlaya bilmədiyiniz məlumatları canlandırmaq üçün isə sol yumruğunuzu 1,5 dəqiqə sıxın.
Alimlər bu sadə üsulun, xüsusilə, imtahanlara hazırlıq dövründə və ya intensiv informasiya yükləməsi zamanı zehni fəaliyyəti artırmaq üçün faydalı ola biləcəyini vurğulayırlar.