Yer planetindən qədim meteorit

ABŞ-ın Corciya ştatında bir evə düşən meteoritin Yer planetindən də qədim olduğu müəyyən edilib.

Daha.az xəbər verir ki, saniyədə bir kilometr sürətlə hərəkət edən meteorit parçalarıı Makdonak şəhərindəki bir neçə evə düşüb.

Hadisədən sonra əraziyə gələn alimlər, o cümlədən Corciya Universitetinin tədqiqatçıları tərəfindən meteroit parçalarını analiz edilib. Məlum olub ki, bu meteorit “xondrit” tipli qaya parçalarına aiddir. NASA-nın məlumatına görə, xondritlər ən çox rast gəlinən daş meteoritlərdir və təxminən, 4.56 milyard il əvvəl, – Yerdən 20 milyon il əvvəl yaranıblar.

Alimlər meteoritə “McDonough (Makdonak) meteoriti” adını veriblər. Bu, Corciya ştatında indiyədək rəsmi şəkildə sənədləşdirilmiş 27-ci meteorit hadisəsidir.

Qeyd edək ki, bu cür hadisələr əvvəllər hər bir neçə onillikdən bir baş verirdi, lakin son 20 ildə say daha da artıb.

OXŞAR XƏBƏRLƏR