Yerə bənzəyən yeni planet

Astronomlar Yerə oxşayan bir planetin izinə düşüblər. TRAPPIST-1e adlanan bu planet Yerə, təxminən, 40 işıq ili məsafədə yerləşir və Ceyms Vebb Kosmik Teleskopu ilə aparılan müşahidələr onun həyatın mövcudluğuna şərait yaradan atmosferə sahib ola biləcəyini göstərib.

Daha.az xəbər verir ki, TRAPPIST-1 sistemi ilk dəfə 2016-cı ildə kəşf edilib və burada Yer ölçüsündə yeddi ədəd qayalı planet mövcuddur. Bu planetlərdən bir neçəsinin səthində maye ola biləcəyi ehtimalı alimləri həyəcanlandırsa da, son müşahidələrə əsasən, demək olar ki, TRAPPIST-1e planeti Venera, Mars kimi qalın karbon qazı təbəqəsinə malik deyil, əksinə, Yerə bənzər, azot əsaslı atmosferi var.

Qeyd edək ki, alimlər bu planetin atmosferə sahib olduğu kimi, tamamilə atmosferi olmayan “çılpaq qayalıq” bir planet ola biləcəyini də istisna etmirlər.

Araşdırmanın nəticələri “The Astrophysical Journal Letters” elmi jurnalında dərc olunub.

OXŞAR XƏBƏRLƏR