“Yarımçıq qalmış ömür” – SƏRGİ

Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, XX əsr Azərbaycan avanqard sənətinin tanınmış nümayəndəsi Tofiq Cavadovun (1925–1963) 100 illiyinə həsr olunmuş “Yarımçıq qalmış ömür” adlı sərginin açılış mərasimi baş tutub.

Daha.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” mədəniyyət festivalı çərçivəsində keçirilən sərgidə rəssamın müxtəlif illərdə yaratdığı 91 əsər – rəngkarlıq və qrafika nümunələri, o cümlədən kitab illüstrasiyaları və eskizlər nümayiş etdirilib.

Qeyd edək ki, sərgi 30 noyabr 2025-ci ilədək ziyarətçilər üçün açıq olacaq.

OXŞAR XƏBƏRLƏR