“Yaradan” təqdim edilib

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə həsr olunmuş “Yaradan” adlı sənədli filminin təqdimat mərasimi baş tutub.

Daha.az xəbər verir ki, Vətən müharibəsinin 5 illiyinə həsr olunan ekran əsərində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri, eləcə də bu bölgələrə “Böyük Qayıdış” prosesinin nəticəsi də təsvir olunub.

Qeyd edək ki, film 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfəri, genişmiqyaslı yenidənqurma tədbirlərini və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını insan taleləri fonunda təqdim edir.
OXŞAR XƏBƏRLƏR