Yaponiya əsrlər boyu qorunan mədəni irsini iqlim dəyişikliyi, zəlzələlər və rütubət kimi təbii təhdidlərdən qorumaq üçün son olaraq, 3D texnologiyadan istifadə etməyə başlayıb. Bu çərçivədə ilk addım Fukui prefekturasındakı məşhur Eiheiji məbədində atılıb.
Daha.az xəbər verir ki, T&I 3D və Şimizu Corporation mütəxəssisləri tərəfindən aparılan layihədə məbədin rəqəmsal əkizi (digital twin) yaradılacaq. Bu virtual nüsxə sayəsində məbədin gizli konstruksiya detallarını əks etdirmək və gələcək bərpa işlərini planlaşdırmaq mümkün olacaq.
Oxşar yanaşma Kanazava qalasında da tətbiq olunur. Burada zəlzələdən zərər görən divarlar, ənənəvi arakabe suvağı ilə – yəni düyü samanı və torpaq qarışığı ilə – bərpa edilir.
Mütəxəssislər bildirirlər ki, rəqəmsal texnologiya ilə ənənəvi sənətkarlığın birləşdirilməsi tarixi abidələrin qorunması üçün ideal üsuldur.
Eiheiji məbədinin rahibləri isə bu layihəni mənəvi irslərini gələcək nəsillərə və dünyaya çatdırmaq üçün bir fürsət kimi qiymətləndirirlər.




