“Yaddaş sarayları” birinci oldu

“Yaddaş Sarayları” qısametrajlı sənədli filmi Bakı Beynəlxalq Film Festivalında ən yaxşı yerli sənədli film nominasiyasında qalib olub.

Daha.az xəbər verir ki, DAHA İntellekt Vadisi ilə əməkdaşlıq edən rejissor Mətləb Muxtarovun “Yaddaş sarayları” filmi Bakı Beynəlxalq Film Festivalında ən yaxşı yerli sənədli film nominasiyasında qalib olub.

Qeyd edək ki, “Yaddaş sarayları” 2024-cü ildə Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) həyata keçirdiyi postprodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsinin qaliblərindəndir.

Filmdə rejissor doğulub-böyüdüyü Sumqayıt şəhərinin küçələrində “ilk xatirə”sinin axtarışına çıxır. Gəzintilər onu həmən xatirənin yarandığı yerə gətirir. Bu “ilk xatirə” körpəlikdə itirdiyi atası və vəfat etmiş nənəsi ilə bağlıdır. Yekunda fərdi xatirə axtarışları müəllifi SSRİ dağılandan sonra 90-cı illərin əvvəlində azərbaycanlıların yaşadıqları travmalara aparıb çıxarır.

OXŞAR XƏBƏRLƏR