“Yaddaş sarayları” filmi 24 oktyabr – 2 noyabr tarixlərində Çexiyada keçiriləcək Ji.hlava Beynəlxalq Sənədli Film Festivalında yarışacaq.
Daha.az xəbər verir ki, filmin rejissoru Mətləb Muxtarov, prodüseri Emil Nəcəfovdur.
Film rejissorun ilk xatirəsinin axtarışı haqqındadır. Uşaqlığının ən maraqlı dövrünə qayıtmaq istəyən rejissor, o illərin izlərini tapmaq üçün doğulub-böyüdüyü şəhərin küçələrini gəzir. Bu gəzintilər onu ilk xatirəsinin olduğu yerə gətirir. Bu xatirə körpəlikdə itirdiyi atası və vəfat etmiş nənəsi ilə bağlıdır. Xatırladığı hadisə onun bir yaşı olanda baş verib. Rejissor bundan sonra ilk xatirəsinin, həqiqətən, baş verib-vermədiyini anasından öyrənməyə çalışır, amma anası onu əmin edir ki, həmin hadisəni xatırlaması mümkün deyil. Eşitdiyi cavabdan məyus olan rejissor başqa “ilk xatirə”lərinin axtarışına çıxır və beləcə, 90-cı illərin travmalarını xatırlayır.
Qeryd edək ki, filmin xronometrajı 23 dəqiqədir. Çəkilişlər Sumqayıt şəhərində aparılıb.




