Daha.az danimarkalı filosof, alim Raqnild Nesin kitabından seçmələri təqdim edir.
Əzizim, nifrət içində daxilimdə yenilməz sevgi tapdım. Göz yaşları içində daxilimdə məğlubedilməz təbəssüm tapdım. Xaos içində daxilimdə intəhasız rahatlıq tapdım. Bütün bunlarla bərabər mən aşkar etdim ki… Qışın ortasında mən öz içimdə yenilməz yay tapdım. Və bu, məni xoşbəxt edir. Çünki indi dünya nə qədər amansızcasına üstümə gəlsə də, içimdə daha güclü bir şey var. Bu, əladır – üstümə hücum çəkən hər şeyə sipər olub onu geri qaytarır.
Sənin etibarlı Albert Kamyun
Yunan filosofu Heraklitə görə dünyanın əsas mahiyyəti onun dəyişkən təbiətidir. O, daimi olan dəyişikliyi təsvir etmək üçün bizim bir çaya iki dəfə girə bilməyəcəyimizi deyir. Biz bunu edə bilmərik. İnkişaf tarixçəsi kimi bizim gündəlik həyatımız da davamlı dəyişkənlik, müntəzəm dəyişən situasiyalara öyrəşməklə bağlıdır. Biz bunu yeni imkanlar və yeni məhdudiyyətlərlə həyata keçiririk.
Həyatımız boyu xoşbəxtlik mənbələrimizin dəyişdiyini müşahidə edirik: uşaq vaxtı oynayarkən, yaşlı vaxtı kresloda oturub kitab oxuyarkən. Xoşbəxtliyi hiss etmək də fərqlidir. Xoşbəxtlik özünü yaxşı hiss etmək, yaxud yaxşı işləməklə bağlı ola bilər. Dərin mənsubiyyət hissi, sevinc, məmnunluq, eyni zamanda, nəyəsə son dərəcə maraq göstərmək, hədsiz həyəcanlanmaq, hər hansı bir işlə sevərək məşğul olmaq, çətin bir işi, tapşırığı bitirərkən aldığın zövq də xoşbəxtlik ola bilər.
Yaxşı həyat sabit, davamlı yaşanan xoşbəxt anların sayı ilə xarakterizə edilir. Amma bu heç də həmişə belə deyil. Həyatımız asan və ağır günlərdən ibarətdir. Konfliktlərə giririk, dalaşırıq, xəstələnirik, yaxınlarımızı itiririk. Gündəlik həyat daha çox enişli-yoxuşlu yola bənzəyir. Bəziləri üçün bu yol məşəqqətli olur, bəziləri üçün dərələr çox uzun və dərin, bəziləri üçün yoxuş lar daha dik, dumanlı və tufanlı olur. Yoxuşlar nə qədər məşəqqətli olsa da, xoşbəxtlik, sevinc və müsbət emosiyalar onları aşmağımı za kömək edir. Mənim xoşbəxtlik araşdırması ilə ilkin tanışlığım kifayət qədər təsadüfi alınıb. Mən psixologiya üzrə təhsil aldıqdan sonra Danimarkada Kopenhagen Dövlət Xəstəxanasında yarımştat neyropsixoloq kimi işləməyə başladım.
Biz xırda rüşeymdən büzüşmüş qocaya kimi böyüyürük, əksərimizdə gündəlik həyatımızda baş verən təzadlı hadisələr barədə xatirələr toplusu qalır. Hətta gündəlik həyatımız belə hisslərlə bağlı anların müxtəlif çalarlarıdır. Bir neçə il öncə doktorluq dərəcəsi almaq üçün araşdırma apararkən, kəşflərim bir neçə qəzetin birinci səhifəsinə çıxmışdı, hələ də jurnalistlər araşdırmamla bağlı suallar vermək üçün mənə yazırlar, zəng vururlar. Doktorluq işim göstərdi ki, həyatımızda yaşananlar və gündəlik anlarımız bütün həyatımız boyu bizə təsir edir. Avtobus sürücüsü, ya da bir uşaq bizə gülümsəyəndə sevinirik, növbədə olarkən kimsə bizdən öncə keçəndə isə sifətimizi turşu duruq.
Buna baxmayaraq, uzun müddət ərzində xoşbəxtlik səviyyəsi stabil qalmaqda davam edir. Bu, niyə belədir? Araşdırmalarımız göstərir ki, uzunmüddətli xoşbəxtliklərin 80 faizi bizim çox, ya da az işıq gördüyümüz genlərlə bağlıdır. Belə araşdırmalar xoşbəxtliyimizin 80 faizinin genlər tərəfindən idarə edilməsi ilə bağlı olması təəssürat yarada bilər. Beləcə, nəticələrin nikbinlik və motivasiya əvəzinə, bədbinlik təlqin etməsi bəlkə də təəccüblü deyil. Nəticələrə nəzər salan çoxumuz düşünə bilərik ki, həyatımızı daha da yaxşılaşdırmaq üçün biz çox az iş görə bilərik. Amma əlbəttə ki, bu, doğru deyil: Öyrəndiyimiz, həyata keçirdiyimiz, kəşf etdiyimiz hər şey beyni dəyişdirir, ovqatımıza təsir edir. Byörn Qrinde adlı bioloq bir həmkarım beynimizi daim məşq etməklə inkişaf etdirə biləcəyimiz serebral xoşbəxtlik əzələsi kimi təsvir edir. Əgər kimsə Londonda taksi sürücüsü işləmək fikrinə düşsə, o xeyli dərəcədə çətin olan coğrafiya bacarığından test verməli, xeyli yolu detallı şəkildə tanıyıb bilməlidir. Bir çox insan bu test dən keçmək lazım olan biliklərə sahib olmaq üçün cəmi bir neçə saata ehtiyac duyur.
Britaniyada həyata keçirilən bir araşdırmada alimlər 79 nəfər hazırda sürücü işləyən və 31 nəfər sürücü olmayan insanın beynini skan edərək izləyiblər. 79 nəfərdən cəmi 39 nəfəri coğrafiya testini uğurla verə bilib. Araşdırmanın əvvəlində onların beynində heç bir fərq yox idi. Amma dörd il sonra testi uğurla verənlərin beynini öyrənəndə məlum olub ki, yadda saxla maq üçün lazım olan hissənin ətrafında daha çox boz maddə var. Onların beyinləri, sadəcə olaraq, dəyişib. Bu araşdırmada coğrafiya bilikləri tədqiq edilib, amma bir çox başqa araşdırma göstərir ki, xoşbəxtliklə bağlı çalışmalar da eyni effekti verir. Misal üçün, mütəmadi olaraq qiraətlə məşğul olan insanların beynində aparılan araşdırmalar bir neçə həftə sonra həmin insanların əhvali-ruhiyyəsində və beyin fəaliyyətində fərqlər üzə çıxarıb. Başqa sözlə desək, xoşbəxtlik, əlbəttə ki, öyrənilə bilər.
Mənim doktorluq işim köhnə fotoaparatlar gerçəkliyi necə tutursa, həyatı elə tutmuşdu. Bu iş həyatın ştrixlərini, istiqamətlərini, strukturunu tutsa da, mimikaları və dinamikanı tuta bilməmiş di. Məsələ belədir ki, bəzi insanlar, illər keçdikcə, genlərinə görə daha çox sevinc və xoşbəxtlik şirəsinə sahib olur. Bəzi insanlarda qəribə tendensiya var, onlar evdə də, idman zalında da, işdə də, uşaq vaxtı da, yeniyetməlik və yaşlılıq dövründə də həmişə yüksək əhvalda olurlar, ətrafa da ancaq xoş ovqat yayırlar. Onlar, adətən, bərq vururlar, kreativlikləri ilə dünyanı rövnəqləndirirlər. Digər insanlar isə daha skeptik, bədbin təbiətə sahib ola bilir. Bu tip xoşbəxtlik-bədbinlik üçün genlər çox vacibdir. Amma həyat eşqi və həyat sevinci həyatın əsas məhvəri hesab edilir. Biz genləri heç də insan taleyi ilə eyniləşdirə bilmərik.
Kiminlə birlikdə olmağımız, nə yeməyimiz, nə oxumağımız, nəyə baxmağımız, nəyi eşitməyimiz, – bəli, etdiyimiz hər şey bizə təsir edir. Bu şeylər ümumi həyat keyfiyyətimizə təsir etməyə bilməz, amma ovqatımızı dəyişir. Xoşbəxtlik bizim həyatımızın qaçılmaz hissəsidir. Ürək sındıran çöküşlər yaşaya bilərik, amma heç vaxt xoşbəxtliyi duyub yaşamaq bacarığını itirmərik. Düzdür, sən bütün həyatın boyu eyni genlərin daşıyıcısı olursan, amma etdiklərin, kimliyin sənin əhvali-ruhiyyənin dəyişməsinə səbəb olur. Bu, istər işdəki qarışıq, məşğul gün olsun, istərsə də günəşli istirahət günündə evdə olduğun saatlar. Elə bu dəqiqə hiss elədiyin səni dəyişəcək. Hisslərin öz həyat dövriyyəsi var. Onlar oyanır və ən yüksək həddə doğru hərəkət edir, ora yetişdikdən sonra yox olur və onun əvəzinə yenisi yaranır. Dildən və mədəniyyətdən asılı olmayaraq, xoşbəxtlik məfhu mu çox vaxt “bəxt” kimi, gözlənilmədən baş verən pozitiv məqam, yaxud uğurlu mühit kimi təsvir edilir. Bizim özümüzün, norveç lilərin xoşbəxtlik məfhumu məhz tarixi-etimoloji cəhətdən anla şılmalıdır.
Yəni bizə görə, xoşbəxtlik bizi əhatə edən mühit və ət rafımızda baş verənlərlə vəhdət halındadır. Bununla belə, xoşbəxt olmaq üçün qardaşoğlu Anton olmağa ehtiyac yoxdur. Bizim hər birimizin pozitiv yaşantılar yaratmaq və onları kəşf etmək üçün kifayət qədər potensialımız var. Beləliklə, bu gün əhvali-ruhiyyənin necə dəyişməsinə, ətrafın da nələrin baş verdiyinə fikir ver. Gündəlik həyatında xoşbəxtlik araşdırmaçısı olmağa çalış, fikir ver, gör sənin reaksiyalarını nə oyadır, uyğunluq, bağlılıq axtar. Gün ərzində neçə müxtəlif vəziyyətə, neçə müxtəlif ruh halına düşdüyünü hesablaya bilirsən? Çalış onlara adlar ver. Sən bir hissi identifikasiya edəndən sonra iki söz də tapıb əlavə etməyə çalış, həmin sözlər sənin həmin anda özünü necə hiss etdiyini ifadə etməlidir. Ola bilər ki, sən üzdəki hissinin altında daha dərin bir hiss basdırmısan.
Hisslərin necə dəyişkən, necə müxtəlif olduğuna fikir verməyə başlayanda onlara necə təsir edə biləcəyimizin də fərqinə varırıq. Əgər ətrafında baş verən neqativ hallara, “enerji vampirlərinə” tez reaksiya verirsənsə, çalış gör, reaksiya verməmişdən qabaq kiçik bir pauza verə bilirsənmi? Daha çox müsbət yaşantı əldə etmək üçün, neqativ yaşantılardan, qıcıqdan və zərərdən qaçmaq üçün nələr etməlisən. Hisslərin fərqinə varanda onları idarə etmək də asan olur, bunu yaxşı bacaranda isə daha çox sevincə və nəzarətə sahib olacaqsan. Bəlkə, sən də Ninanın nəhəng texnikanın sükanı arxasından qalxanda yaşadığı hisslərlə tanışlıq olacaqsan? Müxtəlif hisslər oyadan situasiyalarla daha yaxşı tanışlıq hər şeyə rəğmən vacib məfhumdur və gündəlik həyatda pozitivlik, nikbinlik qazanmaq üçün lazımlıdır
Danimarka dilindən çevirdi: Anar Rəhimov