Vudi Allenin Rusiyanın film festivalında iştirakı narazılıqlara səbəb olub

Vudi Allenin Rusiyanın film festivalında iştirakı narazılıqlara səbəb olub.

Daha.az xəbər verir ki, “Oscar” mükafatı laureatı Vudi Allen Moskva Beynəlxalq Film Həftəsində “Dünya Kinosunun Əfsanələri” adlı paneldə videozəng vasitəsilə iştirak edib. Panel Rusiyalı rejissor Fyodor Bondarçuk moderatorluğu ilə keçirilib.

Söhbət ərzində Allen Rusiya kino sənətinə olan heyranlığından, təklif gələrsə, Rusiyada film çəkilişlərinə etiraz etməyəcəyindən bəhs edib.
Vudi Allen və nümayəndələri bu tədbirdə iştirakla bağlı heç bir açıqlama verməyib.
Lakin bu hadisə ictimaiyyətdə geniş narazılığa səbəb olub. Ukrayna tərəfi isə açıqlama verərək, bunu müharibə zamanı öldürülən sənətçilərə qarşı hörmətsizlik kimi dəyərləndirib.

OXŞAR XƏBƏRLƏR