Venesiya Film Festivalından öncə Qəzza ilə bağlı çağırış

Sənətçilər Venesiya Film Festivalı ərzində hər kəsi Qəzza ilə bağlı daha cəsarətli mövqe sərgiləməyə səsləyib.

Daha.az xəbər verir ki, Toni Servillo, Ken Loç və Alba Rorvaçer kimi məşhur simaların daxil olduğu “Venice Palestine” adlı qrup bunun üçün açıq məktub yayımlayıb. Məktubda bildirilir ki, festival ərzində Qəzzada baş verən hadisələri qınanmalı, Fələstinlə bağlı hekayələrə yer verilməlidir.

“Biennale di Venezia” isə məktuba dərhal reaksiya veərərək bildirib ki, festival həmişə aktual məsələlərə həssas olub. Bu il proqrama Qəzzada həlak olan beş yaşlı fələstinli qızdan bəhs edən “The Voice of Hind Rajab” filmini nümunə gətiriblər. Həmçinin festival təmsilçiləri hər zaman dialoqa açıq olduqlarını da qeyd edib.

Qeyd edək ki, 82-ci Venesiya Film Festivalı avqustun 27-dən sentyabrın 6-dək davam edəcək.

OXŞAR XƏBƏRLƏR