Venesiya Film Festivalında 8.5 dəqiqəlik alqış

Cənubi koreyalı məşhur rejissor Park Çan-vukun “No Other Choice” (“Başqa seçim yoxdur”) filmi Venesiya Film Festivalında böyük səs-küyə səbəb olub.

Daha.az xəbər verir ki, filmin cümə gecəsi keçirilən dünya premyerası tamaşaçılar tərəfindən 8.5 dəqiqə ayaqüstə alqışlanıb. Xüsusilə, “Squid Game” serialı ilə dünya miqyasında məşhurlaşan aktyor Li Byunq-huna təriflər yağdırılıb.

Qeyd edək ki, Donald Vestleykin romanı əsasında çəkilən film 25 il işlədiyi fabrikdən qovulan və çarəsizcəsinə yeni iş axtaran bir kişi haqqındadır.

OXŞAR XƏBƏRLƏR