Vatsap “mesaj tərcüməsi” xüsusiyyətini təqdim edib. Artıq mesajları başqa proqramlara köçürmədən, birbaşa proqram daxilində tərcümə etmək mümkün olacaq. Funksiyadan şəxsi yazışmalarda olduğu kimi, qrup söhbətlərində və kanallarda da istifadə əlçatan olacaq.
Daha.az xəbər verir ki, Android istifadəçiləri bütün söhbətləri avtomatik tərcümə edə, həmçinin ingilis, ispan, portuqal, hind, ərəb dil paketlərini yükləyib oflayn istifadə edə biləcəklər. “iPhone” istifadəçilərinə isə 19-dan çox dil dəstəyi təqdim olunacaq.
Qeyd edək ki, tərcümələr tamamilə cihaz üzərində aparılır və məlumatlar serverlərə göndərilmir, bu da gizliliyə təminat verir.




