Vatsapa “yaxın dostlar” funksiyası gəlir

Vatsap 24 saat ərzində silinən status paylaşımlarını daha şəxsi etmək üçün yeni bir funksiya üzərində işləyir. İnstaqramdakı “Yaxın dostlar” funksiyasına bənzər bu yeniliklə istifadəçilər statuslarını yalnız seçdikləri yaxın dostları ilə paylaşa biləcəklər.

Daha.az xəbər verir ki, indiyədək vatsapda status paylaşmaq üçün üç seçim var idi: bütün kontaktlar, bəzi kontaktlardan başqa hamı, yalnız seçilmiş kontaktlar. Ən son seçim çox vaxt gizli “yaxın dostlar siyahısı” yaratmaq üçün istifadə olunurdu. Yeni funksiya isə bu prosesi daha sadə və rahat edəcək.

Qeyd edək ki, bu funksiya artıq vatsapın sınaq versiyalarında mövcuddur. İstifadəçilər gizlilik tənzimləmələrindən  “yaxın dostlar” siyahısını yaradacaqlar və status paylaşarkən bu siyahını seçə biləcəklər. İnstaqramda olduğu kimi bu paylaşımlar xüsusi rəngli çərçivə ilə işarələnəcək. Siyahı tamamilə gizli olacaq, kimin əlavə edildiyini və ya çıxarıldığını heç kim görməyəcək.

 

OXŞAR XƏBƏRLƏR