Qazaxda ölkənin ənənəvi ədəbi bayramlarından biri – “Vaqif Poeziya Günləri” başlayıb.
Daha.az xəbər verir ki, tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə keçirilir.
Poeziya bayramı bu il görkəmli xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyinə həsr olunmuş konfransla açılıb.
Açılış nitqlərindən sonra səhnədə Səməd Vurğunun “Vaqif” pyesi nümayiş olunub.