“Van Qoq: İşığın izində” – sərgi

İstanbulda dünyaca məşhur rəssam Vinsent Van Qoqun həyat və sənət yolunu rəqəmsal texnologiya ilə birləşdirən “Van Qoq: İşığın İzində” adlı sərgi açılıb.

Daha.az xəbər verir ki, sərgi Türkiyənin ilk tam rəqəmsal təcrübə mərkəzində təşkil olunub.

Van Qoqun rəsmləri bu sərgidə süni intellekt, virtual və artırılmış reallıq tətbiqləri, interaktiv proyeksiyalar və məkana uyğunlaşdırılmış instalyasiyalar ilə yenidən təqdim olunur. Ziyarətçilər, sadəcə, sərgiyə baxmaqla kifayətlənmir, həm də sənətçinin daxili dünyasına bir səyahətə çıxır.

Sərgini ziyarət edənləri 4 otaqdan ibarət bir səyahət gözləyir.

Rəqəmsal otaq: Rəssamın həyatı və məktublarından ilhamlanan interaktiv təqdimatlar.

Virtual reallıq otağı: “Van Qoqun Paleti” adlı VR təcrübəsi ilə sənətçinin rəsmlərinə virtual mühitdə baxış.

Təcrübə otağı: Van Qoqun şüuraltı dünyasından başlayaraq günəşə uzanan bədii səyahət.

Artırılmış reallıq otağı: 2 mindən çox əsərin süni intellekt ilə analiz olunması nəticəsində yaradılan yeni rəqəmsal əsərlər.

Sərginin sonunda Rəqəmsal dəhliz adlanan keçid məkanı ziyarətçiləri Van Qoqun rəngləri ilə əhatələnmiş interaktiv bir dünyaya aparır. Sərgidə ümumilikdə 13 rəqəmsal əsər nümayiş olunur, onların 10-u bu mərkəz üçün xüsusi hazırlanıb.

OXŞAR XƏBƏRLƏR