Qrafik dizayner və rəssam Rəsul Həsən dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə unikal sənət əsəri ərsəyə gətirib.
Daha.az xəbər verir ki, rəssam bəstəkarın portretini onun məşhur “Arazbarı” əsərinin notları əsasında təsvir edib və bu sənət nümunəsini Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyinə hədiyyə edib.
Qeyd edək ki, Rəsul Həsənin 2015-ci ildə “Düha”, 2018-ci ildə isə “Düha 2” adlı rəqəmsal portretlərdən ibarət fərdi sərgiləri təşkil olunub. O, həmçinin Azərbaycanda ilk dəfə brendinq sahəsini əhatə edən “Bir brendin hekayəsi” adlı kitabın (2018) müəllifidir. Bundan əlavə, “Qrafik dizaynın əsasları” (2021) və “Azərbaycan qrafik dizayn tarixi” (2023) kitabları nəşr olunub.






