XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində görkəmli bəstəkar, musiqişünas, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin əsas əsəri olan “Azərbaycan xalq musiqisinin əsasları” kitabının Özbəkistan nəşrinin təqdimatı olub.
Daha.az xəbər verir ki, tədbir Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Qeyd edək ki, sərgi zamanı gün ərzində ziyarətçilərin metronun “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin olunur.
7 oktyabra tarixinədək davam edəcək sərgiyə giriş pulsuzdur.




