Azərbaycanın bu il dekabrın 13-də Tbilisidə keçiriləcək Uşaq Avroviziya 2025 mahnı müsabiqəsində təmsilçisinin adı məlum olub.
Daha.az xəbər verir ki, müsabiqədə Azərbaycanı Yağmur Nəsrullayeva təmsil edəcək.
Bununla bağlı keçirilən mətbuat konfransında Avroviziyada Azərbaycan nümayəndə heyətinin rəhbəri Nurlana Cəfərova məlumat verib.
Qeyd edək ki, müsabiqənin seçim mərhələsində münsiflər heyətində Xalq artisti Siyavuş Kərimi, əməkdar artist Gövhər Həsənzadə, əməkdar artist Vüqar Camalzadə, aranjimançı Vüqar Baxış, əvvəlki Avroviziya təmsilçisi Samirə Əfəndi, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş rejissoru Cavid İmamverdiyev olub.




