Günəş sistemindən keçən sirli ulduzlararası cisim 3I/ATLAS həm rəngi, həm də forması ilə elm adamlarını təəccübləndirir. Avstriyalı astronomların araşdırmasına görə, cism əvvəl qırmızı olsa da, indi isə yaşıl rəngdədir.
Daha.az xəbər verir ki, Namibiyada ay tutulması zamanı 3I/ATLAS-ın çox spektrli (mavi, yaşıl, qırmızı) şəkilləri çəkilib və bu şəkillərdə cismin qazla zəngin “koma” adlanan işıq buludu aydın şəkildə görünüb.
Tədqiqatçılar müşahidə ediblər ki, cisim Günəşdən uzaqlaşanda koması sürətlə böyüyür, yaxınlaşanda isə bu proses ləngiyir. Bu dəyişimin səbəbi kimi səthdəki buz parçalarının buxarlanması göstərilir.
Qeyd edək ki, cisim 19 dekabr 2025-ci ildə Yerə ən yaxın nöqtəyə çatacaq. Bu məsafə 270 milyon kilometr — təxminən, Yer və Mars arasındakı məsafə qədərdir.
Alimlər həmçinin qeyd edirlər ki, cisim saniyədə 5 qram nikel və 20 qram sianid buraxır və bu göstəricilər Günəşə yaxınlaşdıqca artır.




