Kinotənqidçi Hacı Səfərovun ssenaristi və rejissoru olduğu qısametrajlı debüt filmi “Tərsinə Kölgələr” 21-ci Kazan Beynəlxalq Film Festivalında “Qısametrajlı filmlər” bölməsində nümayiş etdiriləcək.
Daha.az xəbər verir ki, “Chinar Film” istehsalı olan filmin prodüserləri Emil Nəcəfov, Türkan Hüseyn və Hacı Səfərovdur.
Filmin ssenarisi Rahim Dünyamalının “Tərsinə addımlayan kölgələr” romanının motivləri əsasında yazılıb.
Qeyd edək ki, film Azərbaycan Respublikasının Kino Agentliyinin “Post-prodakşn mərhələsində olan filmlərə dəstək müsabiqəsi”nin qalibi olmuşdu.