TÜRKSOY Yüksək Rütbəli Məmurlarının 5-ci Toplantısı keçirilib

Avqustun 18-də Türkiyənin Trabzon şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Yüksək Rütbəli Məmurlarının 5-ci Toplantısı keçirilib.

Daha.az xəbər verir ki, toplantının əsas məqsədi TÜRKSOY-un Daimi Şurasında müzakirə olunacaq sənədlərin, fəaliyyət hesabatlarının və strateji planların hazırlanmasıdır.

Səfər çərçivəsində nazir müavinləri Trabzon Böyükşəhər Bələdiyyəsinin başçısı və Trabzon valisi ilə görüşlər keçirərək Türk dünyası mədəniyyətlərinin tanıdılması və regional əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə ediblər.

Günün sonunda Mədəniyyət nazirinin müavini Fərid Cəfərov Qızlar Monastırında keçirilən bağlanış mərasimində çıxış edib.

OXŞAR XƏBƏRLƏR