TÜRKSOY-lAzərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY arasında görüş keçirilib.
Daha.az xəbər verir ki, görüşdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının XII Zirvə Görüşündə müəyyənləşdirilən yeni vəzifələr və qarşıya qoyulan tapşırıqların icrası ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüş zamanı TÜRKSOY-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yeni təyin olunan nümayəndəsi Vüqar Məmmədov baş katibə təqdim olunub.
Tərəflər təşkilatın cari il üzrə fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparıb, birgə layihələrin icrasında qarşılıqlı əməkdaşlığın əhəmiyyətini bir daha vurğulayıblar.




