Türkiyədə üç min il əvvələ aid kremasiya olunmuşların qəbirləri tapılıb

Türkiyənin Muğla vilayətinin Milas rayonunda yerləşən Beçin qalasında aparılan arxeoloji qazıntılar zamanı, təxminən, üç min il əvvələ aid 12 ədəd kremasiya olmuş şəxslərə aid  qəbir aşkarlanıb. Qəbirlərin arxaik dövrə aid olduğu ehtimal olunur.

Daha.az xəbər verir ki, UNESCO-nun Dünya Mirası Müvəqqəti Siyahısında yer alan və orta əsrlərdə Mentəşəoğulları bəyliyinin paytaxtı olmuş Beçin qalasında qazıntı işləri davam edir. Son tapıntılar, qaladakı qədim hamamın şərq tərəfində – 1.5 metr dərinlikdən çıxarılıb.

Bu qəbirlərdə yandırılmış insan cəsədlərinin qalıqları keramik qablarda saxlanılıb. Bu tip qəbirlərin Türk dövrü qatına yaxın sahədə tapılması isə arxeoloqları təəccübləndirib.

Ərazidə, eyni zamanda, dairəvi bir struktur da aşkarlanıb. Tədqiqatçılar buranın cəsədlərin yandırıldığı xüsusi yer ola biləcəyini düşünür.

Qeyd edək ki, kremasiya dəfn ənənəsi Orta Asiyadan Avropaya və Orta Şərqə qədər müxtəlif mədəniyyətlərdə mövcud olub. Tapılan keramik nümunələrin analizləri tamamlandıqdan sonra bu məzarların dövrü və mənsub olduğu mədəniyyət haqqında daha dəqiq məlumat veriləcək.

 

OXŞAR XƏBƏRLƏR