Türkiyə Kino Günlərinin açılışı: “Hər şeyin səbəbkarı Merkuri”

“Baku Cinema Breeze” Beynəlxalq Film Festivalının nümayişləri çərçivəsində Türkiyə Kino Günlərinin açılışı keçirilib.

Daha.az xəbər verir ki, tədbirdə rəsmi şəxslər, kino ictimaiyyətinin nümayəndələri, rejissorlar və prodüserlər iştirak ediblər.

“Hər şeyin səbəbkarı Merkuri” filminin baş rol ifaçısı, aktrisa Sinem Kobal çıxışında festivalda iştirakdan məmnunluğunu ifadə edərək deyib: “Bakıya gəlmək və filmimizi tamaşaçı ilə birlikdə izləmək mənim üçün böyük sevincdir. Bu festivalın yaratdığı yaradıcı mühit həm sənətçiləri, həm də tamaşaçıları bir araya gətirir. Ümid edirəm ki, filmimiz hər kəsin özünü tapmasına kiçik də olsa ilham verəcək”.

Daha sonra filmin nümayişi olub.

Qeyd edək ki, “Baku Cinema Breeze” Beynəlxalq Film Festivalı dekabrın 11-dək davam edəcək.

OXŞAR XƏBƏRLƏR