Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dünyası Kinematoqrafçılar Forumu keçirilib.
Daha.az xəbər verir ki, forumda Türkiyə tərəfdən Kinematoqrafçılar Birliyinin və Kinoaktyorlar Gildiyasının sədri Renan Bilek, Kino Vəqfinin sədri Erdoğan Erdoğdu, Kinoprodüserlər Gildiyasının rəhbərləri Metin Tunçtürk və Alper Tunqa Özdemir, Müəllif Hüquqları Birliyinin rəhbəri Mehmet Güleryüz, eləcə də Qazaxıstan Kinematoqrafçılar İttifaqının sədri Aday Abeldinov, Özbəkistan Kinematoqrafçılar İttifaqının sədri Matyaqub Motçanov, Qırğızıstan Kinematoqrafçılar İttifaqının sədri Akılbek Murataliyev, Macarıstan Kinematoqrafçılar İttifaqının sədri Andraş Muhi, İrandakı azərbaycandilli kinematoqrafın nümayəndəsi Rza Siami, Çuvaşıstan Kino Bilriyinin sədri Oleq Tsıplyonkov, Şimali Qafqaz kino xadimlərinin nümayəndəsi İlyas Boqatıryov, Şimali Kipr Türk Respublikası Yaxın Şərq Universitetinin kinematoqrafiya fakültəsinin dekanı Fevzi Kasap, Türk Dünyası Kinematoqrafçılar Birliyinin koordinatoru Bayram Bayrammuhamedov iştirak ediblər.

Azərbaycan Kinematoqrafçılar İttifaqını forumda AKİ üzvü, kinorejissor Mübariz Nağıyev təmsil edib.
Forumda ölkələrimiz və xalqlarımız arasında kino əməkdaşlığı və perspektivləri müzakirə olunub.
Qeyd edək ki, forumun gələcəkdə də davam etdirilməsi planlaşdırılır.





