“Turin kəfəni”ndən oğurluq? – İddia

İstanbulda tapılan sikkə yenidən mübahisəyə səbəb olub.

Daha.az xəbər verir ki, 969-976-cı illərdə İstanbulda zərb edilmiş bürünc sikkənin üzərində “Turin kəfənindəki” üz təsvirinə bənzəyən təsvir diqqətləri cəlb edib.
Qeyd edək ki, “Turin kəfəni” Xristian dünyasının ən çox müzakirə edilən mövzularından biridir, onun üzərində çarmıxa çəkilmiş İsa Məsihin siluetinin həkk olunduğu iddia edilir. Lakin 1988-ci ildə aparılan karbon testləri nəticəsində bu iddia təkzib olunub.

İndi isə tarixçilər sikkədəki bəzi cizgilərin birbaşa “Turin kəfənindən” götürüldüyünü və bu detalların heç də təsadüfi olmadığını qeyd edir.

Beləliklə, sikkənin kəşfi keçirilən testlərin etibarlılığını şübhə altında qoyub və yeni fərziyyələrə yol açaraq, elmi və dini sferalarda araşdırmaların dərinləşməsinə səbəb olub.

OXŞAR XƏBƏRLƏR