Tiktokda çoxdan gözlənilən yeniliklər

TikTok-un birbaşa mesajlaşma (DM) funksiyasına yeni imkanlar əlavə olunur. Artıq istifadəçilər təkcə mətn, GIF, stiker və TikTok videoları deyil, eyni zamanda səsli qeyd, foto və video da göndərə biləcəklər.

Daha.az xəbər verir ki, yeni xüsusiyyətlər həm şəxsi, həm də qrup söhbətlərində əlçatan olacaq. İstifadəçilər 60 saniyəyə qədər səsli qeyd göndərə, bir mesaj daxilində maksimum 9 foto və ya video paylaşa biləcəklər. Daha çox media göndərmək üçün növbəti mesajlardan istifadə edilə bilər.

Bu yeniliklər hələ istifadəyə verilməyib. TikTok funksiyaları yaxın həftələrdə mərhələli şəkildə aktivləşdirməyi planlaşdırır.

Mesajlaşma funksiyası 16 yaşdan kiçik istifadəçilər üçün bağlı qalacaq. 16-18 yaş arası istifadəçilər üçün əlavə təhlükəsizlik tədbirləri tətbiq olunur. 18 yaşdan yuxarı istifadəçilər isə istəyə əsasən, bu filtrləri aktivləşdirə biləcəklər.

Xatırladaq ki, platformada “Tako” adlı söhbət botu və şəkilləri videoya çevirən “Aİ Alive” funksiyası da mövcuddur. Bununla yanaşı, TikTok son dövrlərdə “Sənə Özəl” bölməsinə mövzu idarəsi və süni intellekt əsaslı açar söz filtrləri əlavə edib. “Wind Down” – meditasiya və yatmaq vaxtının planlaşdırılması kimi funksiyalar isə xüsusilə diqqət çəkir.

OXŞAR XƏBƏRLƏR