MGM+ şirkəti Stiven Kinqin eyni adlı romanı əsasında çəkilən “The Institute”un davam edəcəyini təsdiqləyib.
Daha.az xəbər verir ki, 8 seriyadan ibarət yeni mövsüm haqqında məlumat serialın ilk mövsümünün finalından öncə verilib.
MGM+ baş rollarında Ben Barns, Meri-Luiza Parker, Co Friman və s. aktyorların yer aldığı serialın kanalın ən uğurlu işlərindən biri olduğunu bildirib.
Qeyd edək ki, Kinq serialın icraçı prodüseri kimi çıxış edir. Serialın rejissoru Cek Bender, ssenaristi isə Benjamin Kavelldir.




