Bişkek şəhərində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə T.Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb.
Daha.az xəbər verir ki, sənədi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru Əməkdar mədəniyyət işçisi İlham Əsgərov və Qırğızıstan Milli Akademik Dram Teatrının direktoru Xalq artisti Asılbek Özübekov imzalayıblar.
Qeyd edək ki, memorandum iki teatr arasında klassik və müasir dramaturgiyanın dəyərli nümunələrinin, tamaşaların yaradıcı kollektivlərinin, teatr sahəsində çalışan ayrı-ayrı peşə nümayəndələrinin – rejissor, aktyor, səhnə tərtibatçısı və kostyum ustalarının mübadiləsini, forum və ustad dərslərinin keçirilməsini nəzərdə tutur.




