Tarantino 30 ildən sonra baş rolda

Tanınmış rejissor Kventin Tarantino 30 illik fasilədən sonra baş rolda oynayacaq.

Daha.az xəbər verir ki, o,  “Yalnız daşıdıqlarımız” adlı filmin əsas obrazına can verəcək.

Rejissor Ceymi Adamsın çəkdiyi filmdə Tarantino ilə yanaşı, Saymon Peqq, Şarlotta Qensburq və Sofiya Butella kimi aktyorlar da var.

İmprovizasiya üslubunda çəkilmiş film bu ilin sentyabr ayının sonunda Fransanın sahilyanı Dovill şəhərində 6 gün ərzində aşağı büdcə ilə çəkilib.

Rejissor Ceymi Adams Fransız Yeni Dalğa cərəyanının nümayəndəsi Erik Rohmerdən ilham aldığını və nəhayət, Normandiyada belə bir film çəkmək arzusunu gerçəkləşdirdiyini qeyd edib.

OXŞAR XƏBƏRLƏR